Sign up now and get

  • Exclusive pizza offers
  • The latest pizza offers and promotions
  • Pizza news

Contact information

Contact preferences

* Please choose at least one option
By signing up, I agree to receive marketing communication from Papa John’s via email and/or SMS/text.
Please read our Privacy Policy to understand how we handle your personal information. Papa John’s will never share or sell your personal information. Signing up to receive marketing communication by email and/or SMS/text is not a condition of purchase. You can unsubscribe at any time by following the instructions in our emails and SMS/Text messages. Information marked with a * is required for direct marketing.
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.

Əsl Ad Günü Sevinci Üçün Endirim Şərtlərimiz Yeniləndi!

“Yaşın Qədər Endirim” kampaniyasında yeni tətbiq olunan şərtlər haqqında məlumat.

Uzun illərdir ki, pizza restoranlarımızda qonaqlarımıza xüsusi və sevilən bir kampaniya – “Yaşın Qədər Endirim” kampaniyasını təqdim edirik. Bu təşəbbüs, ad günü olan şəxslərə onların yaşı qədər faiz endirim etməklə, xoş günlərini yaxınları ilə birlikdə bizim restoranlarımızda qeyd etmələri üçün yaradılmışdır. Xüsusilə yaşlı nəslin ad günlərini qeyd etmək üçün ailələri təşviq edən bu kampaniyadan minlərlə qonağımız faydalanmışdır və faydalanmağa davam edəcəkdir.

Lakin təəssüflə qeyd etməliyik ki, son aylarda bu kampaniyadan sui-istifadə hallarının artdığını müşahidə etmişik. Bəzi şəxslər, tanımadıqları yaşlı insanları yalnız endirim əldə etmək üçün restoranlarımıza gətirir, hətta bəzən sifariş etdikləri pizzaları ad günü olan şəxslərlə paylaşmadan, öz məqsədləri üçün istifadə edirlər. Bu cür hallar kampaniyanın ruhuna və məqsədinə ziddir.

Məhz bu səbəbdən, 1 may 2025 tarixindən etibarən kampaniyada aşağıdakı dəyişiklik qüvvəyə minəcək:

Kampaniya çərçivəsində təqdim olunan maksimum endirim 5 pizza ilə məhdudlaşdırılır. Digər şərtlər dəyişilməz qalır. Bu dəyişiklik, kampaniyanın davamlılığını təmin etməklə yanaşı, onun əsas ideyasını – ad günlərini bizim restoranlarda, ailə və dostlarla birlikdə qeyd etmək məqsədini qoruyub saxlayacaqdır. 5 pizza isə istənilən halda böyük bir ailənin birgə bayramı üçün kifayət edəcək həcmdədir.

Biz bu fürsətdən istifadə edərək bütün gəncləri və ailələri yaşlı nəslə diqqət göstərməyə, onlara hörmətlə yanaşmağa və onların ad günlərini səmimi şəkildə qeyd etməyə çağırırıq. Onların üzündə sevinc və gülüş görmək, bizim üçün bu kampaniyanın ən böyük mükafatıdır.

Qonaqlarımıza göstərdikləri anlayış və dəstəyə görə təşəkkür edirik.