Главная страница

Promo kodunuz var? Endirimdən istifadə edin!

ok

Papa Talk - Qayda və Şərtlər

Fikir bildir, 'Bir İllik Pizza' qazan.

  • Sorğuya qoşulmaqla, iştirakçılar burada göstərilən və Papa John’s Pizza Azerbaijan-ın hər hansı digər tələbləri ilə tanış olduqlarını, qəbul etdiklərini və razılaşdıqlarını təstiq edirlər.
  • Sorğuda iştirak edərkən iştirakçının suallara verdiyi cavablar yarışmanın nəticəsinə və iştirakçının qalib seçilib seçilməməyinə təsir etmir. Sorğunun suallarına müsbət və ya mənfi olmağından aslı olmayaraq, real fikirlər əks etdirən cavabların verilməsi mütləqdir.
  • Yarışmada iştirak etmək üçün sifarişi verdikdən sonra, müştəri məmnuniyyəti sorğusunu doldurmaq kifayətdir. Sorğudan keçmək üçün pizza qutusunun  və ya sifariş qəbzinin üzərində Papa Talk QR kodunu skan edin və sifariş qəbzinin üzərindəki restoran nömrəsini daxil edin və sorğunun suallarına cavab verin.
  • Hər bir iştirakçı yalnız 30 gün fasilədən sonra yarışmaya yenidən qatıla bilər.
  • Hər ayın sonunda təsadüfi kompüter seçimi nəticəsində yalnız bir seçiləcəkdir.
  • Hər qazanan iştirakçı üçün mükafat - ayda bir böyük pizza hədiyyə qazandıran, on iki tək pizza hədiyyə kodundan ibarətdir.
  • Hədiyyə pizzanı istənilən restoranımıza yaxınlaşıb promo kodu təqdim etməklə əldə edə bilərsiniz.
  • Hədiyyə kodlarının hər biri yalnız bir ay müddətində etibarlı olacaqdır. 12 promo kodların hər biri, qalibin mükafatı aldığını təsdiqlədikdən sonra 7 gün ərzində qalibə təqdim ediləcək. Hər ay yalnız bir pulsuz böyük pizza əldə etmək şərtilə, 12 ay ardıcıl olaraq, ümumi 12 pizzadan zövq ala bilərsiz.
  • Promokodların təqdim olunduğu zamandan etibarən 14 gün ərzində qalib ilk ayın promokodunu istifadə etməzsə, Papa John’s Pizza yenidən qalib seçəcəkdir.
  • Göstərilən mükafatın nağd pul və ya başqa alternativi yoxdur. Mükafat nağd pul şəkilində geri qaytarıla və köçürülə bilməz.
  • Aksiyada iştirak zamanı çəkilən hər hansı bir xərc iştirakçının məsuliyyətidir.
  • Papa John’s Pizza, öz mülahizəsinə görə, aktivliyin fəaliyyətinə xələl gətirən və ya bu şərtlərə zidd hesab olunan hər hansı bir şəkildə hərəkət etmək istəyən şəxsin yarışmada daha sonra iştirak etmək imkanından məhrum etmək hüququnu özündə saxlayır.
  • İştirakçıya məxsus hər bir şəxsi məlumat Azərbaycan məlumat qorunması qanunvericiliyinə uyğun olaraq işlənəcəkdir.