Главная страница

Есть промо код? Получите скидку!

ok

CSR

Əziz Papa Johns Pizza sevərlər,

Nəzərinizə çatdırmaq istəyirik ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş may və iyun ayı boyunca 11 xeyriyyə tədbiri təşkil etdik. Bu günə qədər “Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza.” şüarını və hədəfini rəhbər tutaraq xeyirxah qonaqlarımızın sayəsində keçirdiyimiz bu tədbirlər həm kimsəsiz uşaqlar, həm müəyyən əlilliyi olan balalar, eləcə də, şəhid ailələrinin körpələrini ziyarət etməklə başa çatdı.

Hər bir tədbirin məqsədi uşaqlara sevinc və xoşbəxtlik çatdırmaq, onların müəyyən qayğılarını qarşılamaq və doğma Azərbaycan balalarına verə biləcəyimiz diqqəti bölüşmək idi.

Baş tutan tədbirlərimizdə 200-dən artıq ləzzətli Papa Johns pizzalarını 1000-ə yaxın uşaqla bol-bol paylaşdıq . Nə xoş bizə ki, sayənizdə bu qədər nəvazişə, qayğıya ehtiyac duyan övladlarımıza sevgi dolu bir gün yaşatdıq. Hər bir tədbirimizə dəvət olunmuş klounlar uşaqları çox əyləndirdilər, müxtəlif musiqili və intellektual oyunlar təşkil etdilər və tədbirlərin sonunda balalarımıza kiçik hədiyyə paketləri təqdim olundu.

Hər birinə ayrılan zaman unudulmaz hisslər bəxş edərək bir xatirəyə çevrildi. Ümid edirik ki, bu xeyirxah ənənəmiz sizlər sayəsində hər növbəti il daha da mükəmməl olacaq və daha yaxşı pizzalarımızı daha çox körpəyə çatdırmış olacağıq. Xeyirxahlığını əsirgəməyən, bu işdə yanımızda olan hər bir kəsə təşəkkür çatdırırıq!