Главная страница

Promo kodunuz var? Endirimdən istifadə edin!

ok

Papa John's Azərbaycanda

2012-ci ildə “Ən yaxşı pizza” qayəsini rəhbər tutaraq Papa John’s Azərbaycanda öz restoranını açdı. Bilirik ki, ən yaxşı inqrediyentlərdən istifadə edərək dünyanın hər bir yerində mükəmməl pizzalar təqdim edəcəyik. Bu günə qədər “Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza.” şüarını və hədəfini rəhbər tutmuşuq. 

“Papa John's Azərbaycan” Orlando, Florida ştatında keçirilmiş illik beynəlxalq “Papa John's” konfransında 30 ölkə arasından “2013-cü ilin ən yaxşı franşıza alan tərəfi” elan edilmişdir. 

2015-ci ildə  “Papa John's Azərbaycan” Beynəlxalq Keyfiyyətə Nəzarət Mərkəzinin “Əsas Dəyərlər” Mükafatını almışdır. 

Hazırda bizim şirkət Azərbaycanda 13 restorana qədər genişlənmişdir. Biz uğurumuzla qürür duyuruq, lakin uğuru qazanmaq üçün keçdiyimiz yoldan daha çox qürur duyuruq. Keyfiyyətə və işçilərimizə qayğıya hədəflənərək inkişafa davam edirik. 2013-cü ildə ən yaxşı franşıza alan tərəf, 2015-ci ildə Keyfiyyətə Nəzarət Mərkəzinin ən yaxşı mükafatlarına layiq görülmək yaxşıdır, lakin ən önəmlisi etməli olduğumuz işlə “Ən yaxşı pizza təqdim etməklə” müştəriləmiz tərəfindən qəbul edilməkdir. 

Biz fəxr edirik ki, sevdiyimiz işlə - daha yaxşı pizza hazırlamaqla məsğul olaraq hörmət qazanmışıq.